• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 04.09.2021 20:02

"Kəpəz" çempionata hazırlığın son mərhələsində

KepezTV Player

Bu mövsüm 1-ci divizionda çempionluğu hədəfləyən “Kəpəz” çempionat öncəsi hazırlığın son mərhələsindədi. Sarı-göylər artıq taktiki-texniki çalışmalara başlayıblar.

Avqustun 2-dən toplanışa start verən komandanın məşqçilər korpusu ilk mərhələdə futbolçuların fiziki durumunun yaxşılaşdırılması istiqamətində hazırlığa üstünlük verib. Bu müddət ərzində 10 yeni transferlə güclənən gəncəlilər həvəskarlardan ibarət “Mübariz”, aşağı dəstədə çıxış edən Zaqatala və Moik klubları ilə yoxlama oyununda gücünü sınayıb. Hazırlıq dövrünü yaxşı səviyyədə keçirən komanda toplanış çərçivəsində son olaraq sabah Bakıda “Səbail” kollektivinə qarşı yoldaşlıq görüşü keçirəcək.

Baş məşqçi komandanın bu ilki hədəfi haqda da fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis yüksək yerlər uğrunda mübarizə aparacaqlarını bildirib.

“Kəpəz”ə qoşularaq transferi böyük səs-küyə səbəb olan millinin keçmiş üzvü Cavid İmamverdiyev və premliqa klublarının şərəfini qorumuş Nicat Süleymanov da toplanışı dəyərləndiriblər. Hər iki futbolçu yeni mövsümdə çempion olmaq arzusundadı.

Kəpəz” 1-ci divizinonun ilk turunda evdə “Qəbələ-2” komandasını qəbul edəcək. Sentyabrın 14-ü keçiriləcək qarşılaşma saat 16:30 başlayacaq.