• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 03.09.2021 12:10

Turan Bayramov dünya çempionatına hazırlaşır

KepezTV Player

Gəncəli güləşçi Turan Bayramov ard-arda qatıldığı nüfuzlu yarışlardan sonra ara vermədən böyüklər arasında dünya çempionatına hazırlaşır. Gənc pəhləvan məşqlərini doğma şəhərində davam etdirir.

20 yaşlı idmançı qarşıdakı mundiala hazırlıq çərçivəsində Nizami yurdunda əsasən fiziki formasını yaxşılaşdırmağa diqqət yetirir. Açıq havada gündə 1 dəfə olmaqla hazırlıq keçən Turan çalışmalarını şəxsi məşqçisi Abil İbrahimovun rəhbərliyi altında sürdürür. Bayramov taktiki-texniki məşqlərə isə bu ayın ikinci 10 günlüyündə millinin sıralarında başlayacaq.

Turan Bayramov Tokio olimpiadasında medalsız qalmasına da münasibət bildirib. Gəncə güləş məktəbinin yetirməsi bunu püşkatmadakı şansına, çəkisini dəyişməsinə və gənc olmasına bağlayıb.

Gələcəyinə böyük ümidlər bəslənən güləşçi Rusiyanın Kazan şəhərində təşkil edilən I MDB Oyunlarında millinin heyətinə salınsa da, sonradan siyahıdan çıxarılıb. Buna səbəb isə məşqçilər korpusunun Turan Bayramovun bir neçə yarışda iştirak etməsindən sonra yorğun olmasına qərar verməsidir.

Turan Bayramovun qatılacağı dünya çempionatı Norveçin paytaxtı Osloda keçiriləcək.  Mundial oktyabrın əvvəlinə təsadüf edəcək.