Ölkənin ikinci böyük şəhəri Gəncədə gənclərin ictimai fəallığının artırılması məqsədilə növbəti layihəyə start verilib. Gənclərin ictimai tədbirlərdə iştirak mədəniyyətinin formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən layihə haqqında videomaterialımız var. İzləyək.
Gəncədə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Regionun aktiv ilkləri" layihəsi çərçivəsində maarifləndirici təlimlərə start verilib. Ümumilikdə 60 nəfər gəncin iştirakı ilə keçiriləcək təlimlərin ilk günündə gənclərə layihə yazmaq, layihələrin idarə olunması, donor təşkilatlar və onların fəaliyyəti haqqında məlumat verilib.
Goranboy, Göygöl, Gəncə şəhərini əhatə edən layihənin davamlılığını təmin etmək məqsədilə gənclər seminarlarda öyrəndikləri biliklər sayəsində öz layihələrini yazıb təqdim edəcəklər. Layihə müddətində karantin rejimi qaydaları da nəzərə alınıb.
Hər universitetdə 2 gün müddətində təşkil olunacaq layihənin sonunda gənclər sertifikat və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Onların hazırladığı layihələr isə qiymətləndirildikdən sonra müvafiq donor təşkilatlara göndəriləcək.
Valeh Anaroğlu
- Baxış: 946