Ağstafada narkotik satışı ilə məşğul olan şəxslər ifşa olunub. Ağ ölümün cənginə keçib başqalarını da bu yola vadar edənlərin kimliyini növbəti videomaterialdan biləcəksiniz.
Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiklər əməliyyat-axtarış tədbirləri nətcəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elmar Kərimov saxlanılıb. Polis Şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman onun üzərindən sellofan torpadan, 2 ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” və 2 ədəd sellofan bükümdə “metamfetamin” aşkar edilərək götürlüb. Dindirilmə zamanı E. Kərimov narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini bir qisminin isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib. Polis əməkdaşları sözü gedən avtomobilə baxış keçirib və oradakı əl çantasından 1 ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” 3 sellofan bükümdə narkotik maddə olan “patı”, “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və 1 ədəd elektron tərəzi götürüblər.
Avtomobilin yük yerindən Əfəndiyevə məxsus çantadakı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə “heroin” və “metamfetamin” aşkar edilib. Sərxan Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ümumilikdə 60.681 qram “metamfetamin”, 95.115 qram “heroin”, 2.517 qram “tiryək” və 0.34 qram qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktlarla bağlı Ağstafa RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 916