• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 31.08.2021 19:00

Sabahdan yeni qaydalar qüvvəyə minir

KepezTV Player

Pandemiya ilə bağlı sentyabrın 1-dən yeni qaydalar qüvvəyə minir. Həmin qaydalara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə obyektləri, mehmanxanalar, iri ticarət mərkəzləri və qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə biləcəklər. COVİD-19 pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan "ASAN İcazə" mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVİD-19 pasportu olduğu təqdirdə həmin şəxslər qeyd olunan məkanlara buraxılacaqlar. Covid pasportlar vətəndaşlar tərəfindən mobil telefonlara yüklənə və ya kağıza çap edilə bilər, onların olması şəxsiyyət vəsiqəsinin seriya nömrəsilə yoxlanılacaq. Adıçəkilən məkanlara Covid pasportsuz daxil olan fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar, hüquqi şəxslər barəsində isə həbs qəti imkan tədbiri görüləcək.