KepezTV Player
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, 2-ci və 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif ediliblər.
- Baxış: 619