• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2399
— 30.08.2021 18:58

Qardaşlığın ən gözəl örnəyi

KepezTV Player

Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin önəmli səhifələrindən biri olan 30 avqust zəfər bayramı həmçinin Türkiyə Silahlı Qüvvələri Günüdür. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan edilib.

Türk milləti özünün şanlı tarixi qələbəsini qazandı. Bu qələbənin məntiqi nəticəsi isə müasir Türkiyə dövlətinin yaranması oldu. Bu gün Türkiyə ilə yanaşı, çiyin-çiyinə qardaş Azərbaycan da Zəfər bayramını böyük coşqu ilə qeyd edir. Qarabağdakı zəfərin qələbəsini.