KepezTV Player
Azərbaycanda koronavirus infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib, aktiv xəstə sayı 52 613 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191 test aparılıb. COVID-19 əleyhinə 1225 vaksin vurulub.
- Baxış: 611