• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1991
— 30.08.2021 12:08

Tankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar

KepezTV Player

Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.Tankçılarımız avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar. Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb. Beləliklə,  11 komanda arasında 4-cü yerdə olan tankçılarımız yarımfinala yüksəliblər.