• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 28.08.2021 20:42

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib

KepezTV Player

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib. Bakıda və regionlarda olan uşaq evlərinin, eləcə də Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə növbəti dəfə sevinc bəxş edib. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Gəncədəki uşaq evinin sakinləri üçün də nahar süfrələri və əyləncə proqramı təşkil olunub, onlara Fondun müxtəlif hədiyyələri çatdırılıb. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar üçün mütəmadi olaraq bu cür tədbirlər təşkil edir, kimsəsiz uşaq və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili baxımından layihələr həyata keçirir, bu kateqoriyadan olan insanlar əsl ailə qayğısı ilə əhatə olunur.