• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 28.08.2021 20:40

Gənclər üçün “Yerində tarix” adlı ekotur

KepezTV Player

Gənclər üçün “Yerində tarix” adlı ekotur təşkil edilib. Ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı Gəncə gənləri üçün yaradılıb. Eko tur iştirakçıları həm nəzəri biliklərini artırıb, həm də yeni əlaqələr yaradıblar. Eko tur Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə baş tutub.

Sabina Verdiyeva iştirakçı: Biz burda çox səmərəli vaxt keçirdik. Eko tur oldu, əyləndik, yedik içdik ondan əlavə təlim keçildi bizə. İnformasiyanın, texnologiyanın dərinliklərini öyrəndik təlimçi bizə anlatdı. Bizim üçün çox faydalı oldu. Təşəkkür edirik.

İman Müseyibov  iştirakçı: Biz bu gün  antik dövr Gəncə şəhərinin ərazisinə gəldik. Burada yerində tarix ilə tanış olduq. Təlimçimiz bizə qədim dövr Gəncə şəhəri haqqında məlumat verdi və bizdə o məlumatları dinləyərək Gəncə şəhərinin tarixi haqda öyrəndik.

YAP fəallarından, Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət ekoturçular dahi Nizami yurdunun tarixini yerində varaqlayıb, Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış olub, ekoloji bilik və bacarıqlarını inkişaf etdirib, asudə vaxtdan səmərəli istifadə ediblər.

Elnur Həsənov YAP Gəncə şəhər təşkilatının sədr müavini: Təşkilatımızın Gənclər birliyi tərəfindən ənənəvi olaraq hər il keçirilən “ Yerində tarix” ekoturu həm maarifləndirici tədbirdi eyni zamanda bu artıq vətən müharibəsindən qalib çıxan dövlətin gənclərinin ilk olaraq həyata keçirdiyi bir tədbir kimi də səciyyələndirilə bilər. Məqsəd şübhəsiz ki, Gəncənin  qədim tarixi, Azərbaycanın qədim tarixini özündə əks etdirən bu məkanda görüşməkdir. Çünki qədim Gəncə ərazisi müasir Hacıkənd, Göygöl, Zurnabad ərazisinə təsadüf edir və burda gənclər artıq tarixi keçmişimizlə yerindəcə tanış olurlar. Burda həm keçirilən təlimlər müxtəlif xarakterlidi, bu gənclər üçün həm müasir tarixi multimediyalardan istifadədir, tarixi məkanlarla tanışlıqda internet resusrlarından da sosial şəbəkələrdən yararlanmağın faydaları ilə bağlı çox geniş məlumatlar ala bilmək imkanları var.

Təlimçilər sırasında Türkiyədən olanlar da olub. Atilla Bingöl gənclərə sosial media ilə işləmək, sosiallaşmaq və tarixi tədqiqatların daha çox sosial multimediya vasitəsilə maariflənməsi ilə bağlı fikirlərini çatdırıb.

Atilla Bingöl İT mütəxəssisi: Ben 26 yıldır İT sahasında işləyirəm. İT sahasında təhlükəsizlik üzərinə uşaqlara aktual meseleler üzərinə keyfiyyətli söhbet etdik, onların maraqlandığı suallara cavab apardım. Ben Gencede Baküdə Azərbaycanda farklı yerlərdə tedbirlerə katıldım, bu defaki çok farklı oldu. Hamı sevdi mənimdə xoşama gəəldi. Açık arazide güzel bir tedbir oldu, eylenceli. Bir kurs şeklinde deyil də, karşlıklı söhbet olaraq bi tedbir oldu. Bende memnun kaldım, uşaqlarda memnun kaldılar.

Gənclər açıq havada idman oyunları təşkil edib, müxtəlif intellektual yarışlar keçirib, birlikdə əylənib, ölkəmizin füsünkar təbiəti, dağ yolları, meşəsi ilə tanış olub, maraqlı anlar yaşayıblar.

Aişə Rzayeva