• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2387
— 28.08.2021 20:39

Əvvəlki ilin məzunları ilə əməkdaşlıq ediləcək

KepezTV Player

Gəncə şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə “Uğurlu məzunlar” adlı onlayn tədbir keçirilib. Tədbir şəhərin orta məktəblərini bitirən ən yaxşı məzunların biliyindən, bacarığından istifadə edərək təhsildəki mövcud problemlərin həlli yollarında onlarla birgə addım atmaq əsas məqsəd olub. Eyni zamanda şagirdlərin,  təhsil verənlərin inkişafı üçün dəstək ola biləcəkləri layihələr barədə danışılıb. “Uğurlu məzunlar” bir ilkdir və bunun gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.

Anar Qədiməliyev  Təhsil İdarəsinin müdiri: Məzunlarımız sayəsində təhsil alanlarımızı həvəsləndiririk və göstərmək istəyirik ki, Gəncənin uğurlu məzunları olub. Onları da tanıtmaq istəyirik, onların potensialından biliyindən gücündən istifadə edərək təhsil sahəsində yeni layihələrin, yeni ideyaların yeni çağırışıların başlanmasına təkan vermək istəyirik. Bu insanların fikrini də bilək və ona uyğunda bundan sonrakı fəaliyyət planımızda nəzərə alaraq prosesə start verəcək.