Gədəbəyin daha bir cəsur igid, vətən oğlu Amin Rzayevdən danışacayıq.O, Füzuli uğrunda gedən döyüşlərdə ən ali zirvəyə ucalıb.
Amin Rzayev 2000-ci il yanvarın 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Uşaqlıqdan hərbiyə marağı olan qəhrəmanımız, böyüyəndə bu arzusunu reallaşdırır.
Şəhidimizin sevdiyi nazlı yarı var idi. Oktyabrın 15-20 arası gəlib. ailəsini elçiliyə göndərmək, tezliklə yarına qovuşmaq istəyirdi amma qismət olmadı. Vətən sevgisi hər şeyin önünə keçdi.
Azərbaycan Ordusunun əsgəri olan Amin Rzayev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhidimiz oktyabrın 2-də elə Füzulidə şəhid olub. Nəşi gətirilərək Gədəbəy rayonunda dəfn olunub.
Amin Rzayevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, Vətən Uğrunda, Suqovuşanın azad olunmasına görə və Laçının azad olunmasına görə medalları ilə qiymətləndirilib. Qəbrin Nurla dolsun şəhidim...
Nərgiz Əhmədqızı
- Baxış: 496