Öz şücaəti ilə yaddaşlarda qalan şəhid Elcan Məmmədov, vətənpərvərliyi, məğrurluğu ilə vətən torpağına azadlıq toxumunu səpənlərdən oldu.. Ötən il xidmətdə olduğuna görə doğum gününü ailəsi ilə qeyd edə bilməyən Elcan, bu il də ailəsinin yanında ola bilmədi.. Səbəb isə onun şəhadətə ucalması oldu...
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərdən biri də Elcan Bayramovdur. 19 yaşında şəhidlik zirvəsinə ucalan Bayramovun bu gün 20 yaşı tamam olub. Bu münasibətlə şəhidin ailəsi, dostları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri onun xatirəsini məzarı başında anıblar.
Əsgərin keçdiyi şərəfli döyüş yolundan, şücaətindən danışılıb, vətənə bağlı olmasından söz açılıb. Ötən ad gününü də, xidmətdə olması ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə keçirə bilməyən şəhid Elcan Bayramovun xatirəsi ehtiramla anılıb, ailəsi tərəfindən hazırlanan doğum günü tortu da şəhidin məzarı başında kəsilib.
Gənc yaşında şəhadət şərbəti içən Elcanın xatirəsi daim yaddaşlarda qalacaq. Çünki Vətən yolunda can verənlər ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Valeh Anaroğlu
- Baxış: 469