KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Sanitar-karantin qaydalarını pozan 23 nəfər barəsində protokol tərtib edilib və onlar məsuliyyətə cəlb ediliblər.
- Baxış: 580