• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 25.08.2021 19:46

Aqrar ixtisasları seçənlər daha çox təqaüd alacaqlar

KepezTV Player

Kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlər davam etdirilir. Bu dəfə sözügedən sahə üzrə seçim edən tələbələrin təqaüdlərinin miqdarı artırılıb.

Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Universitetin rektoru İbrahim Cəfərovun sözlərinə görə, ingilis dilində təhsil alan tələbələrə də hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərənlərə isə 150 manat əlavə təqaüdün verilməsi nəzərdə tutulur.

Yeni tədris ili ərəfəsində Azərbaycan Dövlət Aqrar Universitetində Biotexnologiya Mərkəzinin də fəaliyyətə başlaması laboratoriya şəraitində klon calaqaltı formalarının mikroklonal üsulla çoxaldılmasına imkan yaradıb. Bu isə ölkədə gələcəkdə calaqaltılara olan tələbatı ödəməyə köməklik göstərəcək.

Kənd təsərrüfatı sahəsində peşə təhsilinin əsası Azərbaycan Dövlət Aqrar Universitetində qoyulur. Bu məqsədlə yaradılan mərkəzin üstünlüklərindən  KTN-nin şöbə müdiri Vüqar Hüseynov məlumat verib.

Tədbir zamanı tələbələrin təhsil dövründə mübadilə proqramlarından yararlanmaq, təhsillərinin bir hissəsini xarici ali məktəblərdə davam etdirmək imkanının olduğu vurğulanıb.

 

Valeh Anaroğlu