Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq dövlət və özəl uşaq bağçalarının fəaliyyəti davam edir. Bəs sözügedən müəssisələr pandemiya şəraitində hansı formada fəaliyyət göstərir? Bu barədə daha ətraflı növbəti videosüjetdə.
Uşağın erkən inkişafı onun sonrakı təhsilindəki ən vacib mərhələdir. Uşaq həyatının bu mərhələsində idrak fəaliyyətindəki itkiləri gələcəkdə bərpa etmək çətindir. Bu məsələnin nəzərə alınması fevral ayından ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi təlimin bərpa edilməsini labüd edib.
Tədris prosesi zamanı uşaqların, müəllimlərin, inzibatı və texniki işçi heyətinin, eləcə də valideynlərin virusa yoluxma riskinin qarşısının alınması əsas vəzifədir. Gəncədə yerləşən bağçalarda da bu istiqamətdə lazımi bütün tədbirlər görülüb.
Pandemiya dövründə bağçaların fəaliyyətində valideynlərlə qarşılıqlı işin günün tələblərinə uyğun təşkil edilməsinin vacibliyi diqqətə alınıb. Bu gün hər birimiz daha məsuliyyətli və diqqətli olmalı, gələcəyimiz olan körpələrin sağlam və vətənpərvər böyüməsi üçün əlimizdən gələni etməliyik.
Valeh Anaroğlu
- Baxış: 1316