KepezTV Player
Moskvada “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov da iştirak edib.Nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb. “Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.
- Baxış: 591