Azərbaycanda yenə də həkimlər həyacan təbili çalır. Koronavirus xəstəliyinə yoluxanların sayı artıq minlərlə ölçülür. Bu da şübhəsiz ki, məsələnin ciddiliyini ortaya qoyur. Yaranan bu problemin aradan qaldırılması üçün qoyulan tələblərə əməl etmək vacibdir. Bunun üçün deyilən tövsiyyələrə əməl etmək lazımdır.
Ara məsafəsi saxlamaq, tibbi maskadan istifadə etmək, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq. Bütün bunlar ötən ildən dünyanı lərzəyə salaraq onu çarəsizliklə mat qoyan koronavirus xəstəliyinə yoluxmamağın ən vacib sayılan qaydalarındandır. Son günlər Respublikamızda eləcədə Gəncədə də yoluxanların sayının artması isə qoyulan bu şərtlərə əməl edilmədiyini nümayiş etdirir. Gəncədə hazırda koronavirus xəstəliyinə yoluxanların sayı 614 nəfərdir ki, bunlardan 23-ü xəstəxanada qalanı isə ev şəraitində müalicə olunur. Avqustun 10-dan etibarən ölkənin ikinci böyük şəhərində gün ərzində 200-300 arası insandan yaxma analizi götürülür ki, bunlardan da 70-100 arası yeni yoluxma faktı qeydə alınır. Bütün bunlar isə COVİD 19-a yoluxamanın artan tendesiyasını göstərir.
Artıq 19 ildir Moskvanın Krasnoqorsk rayonunun 2 nömrəli poliknikasında tibb bacısı işləyən və əslən Göygöl rayonundan olan Nuranə Babayeva da karantin qaydalarına əməl etməyin vacibliyini vurğulayır. Tibb bacısı ötən il pandemiya dövründə işlədiyi poliknikada ay ərazində COVİD 19-la bağlı 6700 nəfərdən analiz götürdüyünə görə qəhrəman tibb bacısı adına layiq görülüb. Tibb bacısı insanları peyvənd olunmağa, ara məsafəni gözləməyə, gigiyenik qaydalara əməl edilməyə çağırır.
Yenə də əvvəlki xoş günlərə qayıtmaq, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək üçün tələblərə əməl etmək lazımdır. Bu özümüz, eləcə də ətrafımızda olan sevdiklərimiz üçün vacibdir. Gəlin özümüzü və sevdiklərimizi bu bəladan birlikdə qoruyaq.
Elnur Vahidoğlu
- Baxış: 654