• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 693
— 23.08.2021 18:58

Sanitar-karantin qaydalarını pozan 74 nəfər şəxs məsuliyyətə cəlb edilib

KepezTV Player

Koronavirus infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları nəzarət –profilaktik tədbirləri davam etdirir. Polis əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə müvafiq tədbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 30 obyekt sahibi və 32 müştəri barəsində protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda - taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər tədbirləri diqqət mərkəzində saxlanlır. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 12 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.