• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 23.08.2021 11:59

"5-ci dozanın qəbuluna da zərurət yarana bilər"

KepezTV Player

“Qonşu respublikalarda olduğu kimi, bizim ölkədə də koronavirusa yoluxma halları kəskin şəkildə artmağa başlayıb. Paralel olaraq ölüm sayı da çoxalıb. Mövcud vəziyyət bizi kədərləndirir və təhlükənin geniş xarakter almaması üçün qabaqlayıcı tədbirlər görməyə vadar edir”. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının professoru Sədrəddin Atakişizadə bildirib ki, nəinki 3-cü, hətta 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yarana bilər. Onun sözlərinə görə, pandemiyanın qarşısının alınması üçün ilk növbədə insanlar vaksinasiya olunmalıdır. Amma məhz peyvənd olunmayanların hesabına yoluxanların sayı günü-gündən artmaqda davam edir.