• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 21.08.2021 20:31

Praktik əməkdaşlıq genişləndirilir

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnistitutu dünyanın 20-dən çox ölkəsinin elmi tədqiqat müəsisələri və universtetləri bağladıqları müqavilə əsasında sıx əməkdaşlıq edir. Bu müqavilələrə əsasən qabaqcıl təcrübələrin öyrənilməsi və Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda bunların tətbiq edilməsi istiqamətində müəyyən işlərin görülür.  Artıq bundan sonra Beynəlxalq Qızılxaç Komitəsinin Azərbaycan üzrə nümayəndəliyi ilə də əlaqələr genişləndirilir. İmzalanan əməkdaşlıq haqqında memaronduma əsasən Beynəlxalq Qızılxaç Komitəsi fermer təsərrüfatlarında innovativ aqrolayihələrin tətbiqi, eləcə də yaşıl yem istehsalının heyvandarlıqda innovativ tətbiqlərinə kömək edəcək. Eləcə də arıçlıq sahəsində arıların bəslənməsi və yeni bəslənmə üsulların tətbiqi istiqamətində işlərin aparılmasına da kömək edəcəkdir. Müqavilənin şərtlərinə görə 2 il müddətinə instutlatla komitə birlikdə layihələr icra edəcəklər.

Mahir Hacıyev  HETİ-nin direktoru: Bizim əməkdaşlar treninqlərin keçirilməsində iştirak edəcəklər. Həmin layihə çərçivəsində bu işlərin görülməsində bilavastə iştirak edəcəkdir. Gözəl bir layihədir, təşəbbüsdür.  Bizim 44 günlük müharibə nəticəsində bizim işğaldan azad olunan torpaqlarda heyvandarlıq sahəsinin böyük layihələrin icrası inkişafı nəzərdə tutulub. Həmin layihələrdə bu kimi tədbirlər, bu kimi layihələr heyvandarlığın, arıçılığın daha intensiv inkişafına təkan verəcəkdir.

Fərid Dünyamalıyev  HETİ-nin direktor müavini: Yerli xırda fermer təsərrüfatlarında burada xüsusi önəm var arıçılıq, xırda və iri buynuzlu heyvanlar saxlayan fermerlərdi. Bunlara dəstək məqsədi ilə bizim alimlərimiz, əməkdaşlarımız video təlimlər və yerində ənənəvi təlimlər keçəcəklər. Heyvanların saxlanma, bəslənmə və digər məsələlərdə dəstək göstərəcəklər.