• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 19.08.2021 20:36

İxtisas seçimi mərhələsi avqustun 20-dən 30-dək davam edəcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi bu il ölkənin ali məktəblərinə qəbul olanların ixtisas seçiminə başlayır. Müsabiqə şərtini ödəyən abituriyentlər avqustun 20-dən 30-dək hansı universitetdə təhsil alacaqlarını müəyyənləşdirəcəklər. Bəs abituriyentlər yığdıqları bala müvafiq olaraq düzgün ixtisas seçimində nələrə diqqət etməlidirlər? Növbəti videomaterialımızda biləcəksiz.

2020-2021-ci tədris ili üçün qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərin qarşısında “düzgün ixtisas seçmək” kimi əhəmiyyətli bir məsələ durur. Bunun üçün Abituriyent Məsləhət Mərkəzləri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin köməyinə gəlir.

Nəsimi Məmmədov DİM-in Gəncə regional bölməsinin müdiri: Bu ilki Respublikanın ali və orta ixtisas təhsil müəssələrinə ixtisas seçimi mərhələsinin vaxtı DİM tərəfindən müəyyənləşmişdir. DİM tərəfindən abitruyentlərə istər sənəd qəbulu dövriyyəsində digər vaxtlarda da lazım olduğu müddətdə msələhət mərkəzləri yaradılır. Bu il də artıq ixtisas seçimi mərhələsi başladıqda avqust ayının 20 dən qərar veriləcək. Məsləhət mərkəzləri hansı bölgələrdə yaradılacaqlarsa DİM rəsmi internet saytında yerləşdiriləcəkdir.

Ekspertlərin sözlərinə görə istisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı baldır. Yüksək bal toplayanlar üçün ixtisas seçimi çətinlik yaratmır. Ballar aşağı düşdükcə isə abituriyentin seçim şansı da azalır.

Kamran Əsədov təhsil eksperti: İxtisas seçimi qəbul imtahanlarından da ciddi rola malikdir. Çünki bəzi illərdə məhz doğru ixtisas seçimi etmədiklərinə görə tələbə adını qazanmaqdan məhrum olurlar. Ona görə ixtisas seçimi zamanı abitruyentlər çox diqqətli olmalıdırlar. Tövsiyyə edirəm ki, ixtisas seçimi edərkən abitruyentlər xüsusi bir düstür var ona da diqqət etməlidirlər. Bilirik ki, ixtisas seçimi edərkən 15 ixtisas kodu qeyd olunmalıdır. İlk 5-ə 2 ci qruplar özlərindən maksimum 20-30 bal yüksək yaza bilərlər. 3-cü ixtissa qrupunda isə o qədər də yüksək ballar tövsiyyə olunmur. 4-cü qrupda da o qədər də yüksək ballar yazamağa ehtiyac yoxdur. 2-ci 5likdə özlərinin ixtissalarına uyğun ixtissalar seçsələr yaxşı olar. Amma 11-15 ci yerlərdə özlərindən mütləq 50 bal aşağı ixtissaları seçməlidirlər ki, əsasən də 3 və 4 cü qrupun abitruyentlərinə aiddi ki, aşağl ballı yerlə müsabiqə şərti yüksələndə onlar qəbul ola bilsinlər.

Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universiteti, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Çünki  seçdikləri ixtisas gələcək peşələrində uğurlu olmalarında müstəsna rol oynayacaq.

Nəsimi Məmmədov DİM-in Gəncə regional bölməsinin müdiri:  Çox istərdik ki, abitruyentlərə müraciət edirik bir daha  ki, abitrutentlər ixtisas seçimini zamanı özləri mütləq bu ixtisasların seçilməsində özləri iştirak etməlidirlər. Və eləcə də abitruyent üçün hər il DİM tərəfindən onlara müəyyən nəşr olunmuş hansı ki, jurnallar və nəşrlər çatdırılır. Bu il də abitruyent 4 jurnalı dərc olunub, artıq satışda var. Keçən ilin seçim balları hər bir ixtisasa qrupu üzrə  keçid balları var.

İxtisas seçərkən nəzərə almaq lazımdır ki, insan həyatda bir dəfə məslək seçir. Önəmli olan seçəcəyimiz ixtisası sevmək, işinizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.