• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 19.08.2021 20:41

Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

KepezTV Player

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları böyük şücaət göstərib, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak ediblər. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Naxçıvanda yüksək dağ şəraitində yerləşən hissə və bölmələrimizdə nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilib. Muxtar Respublika rəhbərliyi adı çəkilən bölgələrdə olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.