• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 18.08.2021 11:59

Onlayn narkotik satan 20 nəfər saxlanıldı

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.Onlayn narkotik satan 20 nəfər saxlanılıb.

Nizami və Yasamal rayonunda həyata keçirilən əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edən, satışdan əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov və Zaur Məmmədov saxlanılıblar. Xəyal Quluzadə və Aydın Kərimovun üzərindən100 qrama yaxın, Nizami rayonunda yaşadıqları evdən isə 3 kiloqram 205 qram heroin, 794 qram tiryək, 2 kiloqram 400 qram marixuana və 1 kiloqram 30 qram metamfetamin aşkar olunub. Zaur Məmmədovun üzərindən və yaşadığı evdən isə ümumilikdə 11 kiloqram 650 qram heroin aşkar edilib.Məlum olub ki, hər 3 şəxs xaricdə yaşayan narkotacirlərlə əlaqə yaradaraq onlar üçün ölkə ərazisində narkokuryerlik edən yerli vətəndaşlardan ibarət şəbəkə yaradıblar. Bu şəxslər narkokuryerliyə cəlb etdikləri şəxslərə müxtəlif şirnikləndirici vədlər verərək onları ələ almağa çalışıblar. Şəbəkəyə daxil olan şəxslərin anket məlumatları dəqiqiləşdirilib.Yasamal rayonunda  Elçin Məmmədov, Əzizbala Məmmədov və Zülfü Həsənov saxlanılıblar. Elçin Məmmədovun üzərindən 204 qram heroin, yaşadığı evdən isə 314 qram metamfetamin aşkar edilib. Əzizbala Məmmədov və Zülfü Həsənovdan isə ümumilikdə 6 qram heroin, 29 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslərdən 19-u məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan, 1 nəfər haqqında isə alternativ növdən olan qətimkan tədbiri seçilib.Saxlanılan şəxslərdən bəziləri aktiv narkotik vasitə və psixotrop maddə istifadəçisidirlər. Müayinələr zamanı bu şəxslərin bir neçəsinin narkotik vasitə istifadə etməsi nəticəsində insan həyatı üçün olduqca təhlükəli olan hepatit və QİÇS virusuna yoluxduqları və daşıyıcıları olduqları müəyyən edilib.