• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 17.08.2021 20:34

“Tank biatlonu” müsabiqəsi keçiriləcək

KepezTV Player

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib. Komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər. Komandamız Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.“Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən idarə edəcəkləri tankları qəbul edərək onlara baxış keçirib. Tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıb. Müsabiqə sentyabrın 4-dək davam edəcək.