• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 16.08.2021 19:05

Türkiyəyə yollanan yanğınsöndürənlərimizin bir qrupu Azərbaycana qayıdıb

KepezTV Player

Türkiyədə baş verən güclü meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin ilk qrupu Bakıya qayıdıb. Qardaş ölkədən qayıdan heyət Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yanğınla mübarizədə dəstək üçün Fövqəladə Hallar Nazirliyinin 743 şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi göndərilib. Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayan gündən, amfibiya təyyarəsi 98, helikopter isə 204 dəfə havaya qalxaraq yanğın ocaqlarına ümumilikdə 1404 ton su boşaldıb.