• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 16.08.2021 11:23

Laçın dəhlizində baş verən hadisələr izlənilir

KepezTV Player

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlıdır. Burada ərazi bütövlüyünün tanınması və sərhədlərin müəyyən edilməsi prosesi öz əksini tapmalıdır. Ermənistandan müsbət cavabın gəlməməsi təklifin masa üzərində əbədi qalacağı anlamı verməməlidir. “CNN Türk” televiziya kanalına müsahibə verən prezident İlham Əliyev, sülh, uzunmüddətli əməkdaşlığın Ermənistanın da maraqlarına cavab verdiyini vurğulayıb.

Zəngəzur dəhlizi ilə bağlı məsələdə artıq Ermənistan tərəfdən də müsbət fikirlər olduğuna diqqət çəkən dövlət başçısı Laçın dəhlizi ilə Qarabağa erməni əsgərlərin göndərilməsinin təəssüf doğurduğunu, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilərin göndərilməsinin 10 noyabr Bəyanatına zidd olduğunu bildirib.

Regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr də çox önəmlidir. Ələxsus da Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılmasına Azərbaycan hazırdır.

Dövlət başçısı yeni reallıqların yarandığı dönəmdə Rusiyadan və İrandan olan gözləntiləri də dilə gətirib.

Prezident İlham Əliyev müharibə dönəmində səsləndirdiyi “Nə oldu Paşinyan?” sözlərinin “mem” olduğunu və içdən gələn ifadə olaraq səsləndiyini bildirib.