• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1106
— 14.08.2021 20:37

Şəhərin hər iki rayonunda iməclik keçirilib

KepezTV Player

Gəncənin Nizami rayonu ərazisində iməclik keçirilib. İməclik şəhərin hava limanına gedən yolun hər iki tərəfində təşkil edilib. İməclikdə Nizami rayonu üzrə idarə müəsisə və təşkilat nümayəndələri iştirak edib. Ərazilərdə olan  qurumuş otlar biçilib, ağaclar diblərinə yığılan xəzəllərin daşınması üçün bir yerə yığılıb. Bundan başqa ağacların dibləri də bellənərək suvarılıb. Şəhərin Kəpəz rayonunda təşkil edilən aksiyada da idarə müəsisə və təşkilat nümayəndələri yaxından iştirak edib. Nizami Gəncəvi məqbərəsi ətrafında keçirilən iməclikdə də yol kənarlarında olan ağacların qurumuş budaqları budanıb, dibləri bellənib. Eləcə də ərazidə olan suvarma sistemləri ilə yaşıllıqlar suvarılıb.  Qurumuş otlar biçilərək, xəzəllər bir yerə yığılıb. Şəhərin hər iki rayonun bütün ərazilərini əhatə edən iməclik günün sonuna kimi davam edib. Aksiya həftənin bazar günü üçün də nəzərdə tutulub.

Qoşqar Məmmədov Nizami rayon Bələdiyyəsinin sədri: İməcliklər mütamadi olaraq keçirilir. Gəncədə havaların isti keçməsi ilə bağlı hər gün ağaclar suvarılır. Şənbə günü iməcliklər keçirilir. Ağaclara aqro texniki qulluqlar göstərilir. Bu mütamadi olaraq Nizami Bələdiyyəsi tərəfindən həyata keçilir. Bizdə damcı suvarma sistemi də çəkdirmişik. Bundan başqa ağacları su maşınları ilə də suvarırıq.

Elşad  Məmmədov Kəpəz rayon Bələdiyyəsinin sədr müavini:Ərazimizdə mütamadi olaraq idarə, müəsisə və təşkilatların iştirakı ilə iməcliklər təşkil edilir. Əsasən mərkəzi küçə və prospektlərdə, park və xiyabanlarda olur. Bu gün təşkil edilən iməclikdə isə idarı və müəsisələr mütəşəkilliklə iştirak edirlər.