• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 14.08.2021 20:36

Dezinfeksiya işləri davam etdirilir

KepezTV Player

Son günlərdə yoluxma sayının artması ilə əlaqədar olaraq Gəncədə dezinfeksiya işləri aparılıb. Şəhərin mərkəzində yerləşən küçə və prospektlər, çoxmənzilli yaşayış binaların girişləri, uşaq meydançaları, əhalinin sıxlıq təşkil etdiyi ərazilər xüsusi məhlullarla yuyulub.Cavad xan küçəsi, xan bağı, açıq havada olan idman qurğuları, poçt şöbələrinin, bankların, bankomatların qarşısı, istirahət məkanları da dezinfeksiya edilib. İşlər 40 nəfərdən ibarət mobil qrup və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin10-a yaxın texnikası ilə aparılıb.

İlqar Əsədov MKTİB-nin rəis müavini: Gəncə şəhərində genişmiqyaslı dezinfeksiya işlərinə başlanmışdır.MKTİB-in suçiləyici maşınları vasitəsilə şəhərin küçə və prospektlərində dezinfeksiya işləri aparılır.Eyni zamanda mobil qruplar tərəfindən də insanların sıx təmasda olduğu yerlərdə də dayanacaqlarda, parklarda, xiyabanlarda da dezinfeksiya işləri aparılır.