• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 14.08.2021 20:32

Dövlət Peşə Təhsil Mərkəzində Açıq qapı günü keçirilib

KepezTV Player

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində Açıq qapı günü keçirilib. Tədbirdə iştirak edən işəgötürənlərin nümayəndələri, məktəbi uğurla bitirib müəyyən müəssələrdə çalışan məzunlar və karyera məsləhətçiləri şagirdlərə düzgün ixtisas seçimi etməkdə köməklik ediblər. Məqsəd, məzunları peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarət olub. Təxmini 200-ə yaxın şagird və valideyn maddi texniki baza, emalatxanalar, sinif otaqları və  labaratoriyalarla yaxından tanış olublar. Peşə təhsili almaq istəyənlərin avqustun 20-ə kimi qeydiyyatdan keçmələri məsləhət görülüb.

Şahin Məhərrəmov Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin rəhbəri : Bu açıq qapı günündə istər natamam orta təhsil bazasından, istərsə tam orta təhsil bazası ilə başa vurmuş orta məktəb şagirdləri eyni zamanda onların valideynləri hökm deyil ki, bu il məktəbi bitirənlər qabaqkı illərdə də məktəbi bitirmiş tələbələrdə iştirak ediblər. Açıq qapı adından da məlum olduğu kimi qapılarımız 2020-2021 ci tədris ilində müraciət etmək istəyən tələbələrin onların valideynlərinin üzlərinə açıqdı. İstədikləri vaxt gəlib məktəblə yaxından tamış olub, ixtisaslarını düzgün seçmək istiqamətində məsləhət ala bilərlər.

Turan Hüseynov tələbə: Mən burda bütün suallar haqqında məlumat aldım. Çox razıyam. Mən rabitəçi fakultəsini seçdim. Və gələcəkdə də bu peşədə işimi davam etdirəcəm.

Afaq Namazova valideyn: Bu gün qızım Ayseli gətirmişəm ki, burda bir peşəyə sahib olsun. Açıq qapı elan olunub peşə məktəbində və müəllimlərin danışdıqları, peşə müəllimlərinin bizi başa salmalarından çox razı qaldıq. Hər kəsin bir peşəsi olmalıdır ki, onla irəli getsin. İxtisas seçimi veb dizayner və mühasibat uçotu ki, yəni bunun bir gələcəyi var.

Rahimə İsmayılova valideyn: Mənim özüm də peşə təhsilini bitirmişəm. Rabitəçilik üzrə. Və bu gün də qızımı gətirmişəm. Çox razıyıq. Mühasibatı seçdik.