• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 13.08.2021 19:55

"Qızıl toylarını" qeyd edən yubliyarlar

KepezTV Player

Birinci Qarabağ müharibəsinin veteranı, uzun müddət hüquq mühafizə orqanlarında çalışan, dövlətini, xalqını sevən Cavanşir Babayev. 80 yaşlı bu elin igid oğlunun ailə qurmasının 50 illik yubleyi və ömür-gün yoldaşının isə 70 yaşı tamam olur. İndi gəlin bu qəhrəman kişinin keçdiyi şərəfli ömür yoluna nəzər salıb, “Qızıl toylarını” qeyd etdikləri gözəl ailəsini yaxından tanıyaq.

Birinci Qarabağ müharibəsi başlıyanda polis orqanlarında çalışan Cavanşir Babayev də elinin, obasının çətin vaxtlarında ilk silaha sarılanlardan olub. İstər çalışdığı rayonlarda ermənilər arasında apardığı Azərbaycan təbliğati ilə, istərsə də ön cəbhədə vuruşması ilə həmişə fərqlənib.

Vətənini, xalqını sevən Cavanşir müəllim ilk dəfə olaraq polis orqanlarından da 1991-95-ci illərdə Göygöl rayonundan deputat seçilib. Bu illərdə ulu öndər Heydər Əliyevlə ilk görüşünün isə maraqlı tarixçəsi olub.

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin sağlam olması deməkdir. Elə 50 ildir Sevil xanımla birgə ömür sürən Cavanşir müəllim də ailəni həmişə üstün tutub, onun sağlam olaraq qorunması üçün əlindən gələni edib. “Qızıl toylarını” qeyd edən yubilyarların gənclərə tövsiyyəsi də var.

Bu cütlük cəmiyyətimiz üçün 5 qız övladı böyüdüb. Müxtəlif peşə sahibləri olan, ziyalı bacılar da daim valideyinlərinin adına layiq olmağa çalışırlar.

14 nəvə və 2 nəticəsi olan  Cavanşir müəllim və Sevil xanımın indi tək arzuları var. Gələcəkdə bu nəvə və nəticələri də bütöv, müstəqil Azərbaycanımız üçün gərəkli, savadlı vətəndaşlar olsun.

 

Elnur Vahidoğlu