• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 13.08.2021 20:08

Erməni terrorunun vurduğu zərər aradan qaldırılır

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində dəyən ziyanın aradan qaldırılması istiqamətində aparılan bərpa və təmir-tikinti işlərinin gedişatı müzakirə edilib. Müzakirələrdə podratçı şirkətlərin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mövcud vəziyyət, işlərin gedişatı, ortaya çıxan problemlər, zərərçəkən sakinləri narahat edən  məsələlər barədə danışılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çətinliklərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Şəhərdə bərpa və təmir-tikinti işləri 6 aydan çoxdur ki, davam edir. Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə fərdi yaşayış evi, habelə mənzilə isə ciddi zərər dəyib.