• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 13.08.2021 20:02

Qazinin şəhid oğlu

KepezTV Player

Növbəti materialımızda birinci Qarabağ müharibəsinin qazisi Vaqif İsmayılovun, şəhid oğlu, Əli İsmayılovdan danışacayıq. Qanı ilə tarix yazan igidimiz, 19 yaşında şəhadətə yüksəlib.

Əli Vaqif oğlu İsmayılov.. 21 mart 2001-ci ildə Goranboy rayonu Qaradağlı kəndində dünyaya göz açan Vətən oğlu... O, 1-ci Qarabağ müharibəsi qazisinin, şəhid övladı oldu. Uşaq yaşlarından, hər zaman atasına əzəli torpaqlarımız haqqında sual ünvanlayar, qisas almağı düşünərdi. Düşündüyünü də elədi....

Əli müharibənin ilk günlərindən döyüşlərə qatılıb və torpaqlarımızın düşməndən azad olunmasında  iştirak edib. Ağır yaralanaraq, uzun müddət komada olan əsgər Əli İsmayılov 25 mart 2021-ci ildə şəhadətə ucalıb.

Əli İsmayılovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, "Xocavəndin azad olunmasına görə" medalı ilə qiymətləndirilib.

 

Nərgiz Əhmədqızı