• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 13.08.2021 19:24

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sel fəlakəti ilə bağlı başsağlığı verib. "Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm"- deyə başsalığında qeyd olunub. Qeyd edək ki, Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 31-ə çatıb. Kastamonuda 29, Sinopda isə 2 nəfər həlak olub. 100-dən çox şəxsin itkin düşdüyü deyilir.