• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1829
— 12.08.2021 20:39

Yeni maliyyələşmə mexanizminin tibb işçilərinin gəlirlərinə təsiri

KepezTV Player

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamenti tərəfindən Gəncədə qərb bölgəsində fəaliyyət göstərən tibb müəssisələrinin maliyyə, sığorta, insan resursları və digər inzibati, idarəetmə sahələri üzrə çalışan əməkdaşları üçün maliyyə hesabatları və mühasibatlığa dair təlimlər keçirilib. Təlimlərə Samux, Göygöl, Goranboy, Şəmkir, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Xocalı, Ağstafa, Qazax və Tovuz rayonlarının səhiyyə işçiləri cəlb olunub. Təlimlərin keçirilməsində məqsəd regionlarda icbari tibbi sığortanın tətbiq olunduğu xəstəxanaların əməkdaşlarına icbari tibbi sığorta əlavəsi, bonusların hesablanma qaydası və illik maliyyə hesabatlarının tərtib olunmasına dair təlimatın verilməsini həyata keçirməkdir.

Yadigar Mahmudzadə İcbari Tibbi Sığorta Agentliyinin əməkdaşı: Gəncə şəhərində yaxın ərazilərdə yerləşən rayonlarda fəaliyyət göstərən xəstəxanaların əməkdaşları üçün təlimlər keçirilir. Bu təlimlər səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydalarının daha təkmil formada daha düzgün dəqiq tətbiq olunması üçün tibb müəssisələrində fəaliyyət göstərən əməkdaşların əsasən mühasibatlıq və insan resursları şöbələrinin yaranan suallarının cavablandırılması məqsədi daşıyır.