• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 10.08.2021 20:32

Yeni növ koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb

KepezTV Player

Son günlər COVİD-19 virusuna yoluxma hallarının artması səbəbilə infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarını əhatə edib. Sözügedən əraziləri xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub. Dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb və qrafikə uyğun olaraq davam etdiriləcək.