• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 09.08.2021 20:32

Baytar həkimləri bir araya gəliblər

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində təkmilləşdirmə kursları davam edir. Bu dəfə kurslara respublikada fəaliyyət göstərən baytar həkimləri cəlb olunublar. 50-dan çox baytarın cəlb olunduğu kurslarda yoluxucu infeksion xəstəliklər, qan-parazitar xəstəlikləri ilə mübarizə kimi mövzular iştirakçılara praktiki formada çatdırılacaq. 5 gün müddətində davam edəcək kursun sonunda məmnuniyyət sorğusu keçiriləcək, kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

İbrahim Cəfərov ADAU-nun rektoru: Azərbaycanın rayonlarında fəaliyyət göstərən baytar həkimləri yenidən Azərbaycan Dövlət Aqrar Universitetinə toplanıblar. Təxminən 60-a yaxın baytar həkimləri buradadır.Baytar həkimləri ilə yenidən hazırlanma üzrə baytarlıq sahəsində heyvan xəstəlikləri ilə mübarizədə tətbiq olunan yeni innovativ fikirlərin, innovativ texnologiyaların öyrədilməsi nəzərdə tutulub.

Tahir Abdullayev baytar həkim: Baytar həkimlərin təkmilləşdirilməsi kursunda iştirak edirik. Həqiqətən buna ehtiyac çox böyükdür.Belə ki, yeni texnologiyalar, yeni innovasiyalar inkişaf etsədə, son dövrdə bəzi baytar həkimlərinin bundan məlumatları yoxdur.Çox vaxtında atılmış addımdır.Biz arzu edərdik ki, belə tədbirlər vaxtaşırı davam etdirilsin.

Valeh Anaroğlu