• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 09.08.2021 20:43

Narkotik yetişdirən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin Məmmədovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan ümumi çəkisi 25 kq 965 qram  olan 17 ədədçətənə kolu aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.