• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 09.08.2021 20:33

Gəncə şəhər ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər  ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Cəfərov cari ilin müxtəlif vaxtlarında  şəhər ərazisindəki 10-dan çox mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1000 manatdan çox olan su qurğularını oğurlayıb. Cəfərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.