• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 09.08.2021 20:39

Şəhid bulağı istifadəyə verilib

KepezTV Player

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid Oqtay Məmmədovun xatirəsi əbədiləşdirilib. Onun adına bulaq istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bu kimi bulaqların istifadəyə verilməsinin işğaldan azad olunmuş torpaqlarımızı vətən edənlərə göstərilən dərin hörmət və ehtiramın bir nümunəsi olduğundan söhbət açılıb. Şəhid Oqtay Məmmədov Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Ölümündən sonra " Vətən uğrunda ", “Cəsur döyüşçü” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.

Namiq Məmmədov şəhid atası: Bu gün xalqımız şəhid oğlum Oqtayın bulağının açılışına toplanıblar. Sağ olsunlar ki, gəliblər.Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə Qarabağda, Şuşa istiqamətində şəhdətə qovuşub. Ehsan bulağını açmaqda məqsəd odur ki, xalqımız o sudan bir qurtum içəndə şəhidlərimizi yad eləsinlər, onlara rəhmət oxusunlar.

Emin Cəbrayılov qazi: O, Şuşaya, Xankəndiyə kürəyindəki türk bayrağıyla gedib.Həmin bayrağı orada dalğalandırmaq üçün can alıb-can verməyə həmişə hazır olan bir imanlı qardaşımız olub Oqtay.Biz bir millət kimi də, qazi kimi də, bu vətənin bir kişisi kimi də, övladı kimi də, şəhidlərimizlə qürur duyuram.. Oqtay başda olmaq şərtilə bütün şəhidlərimizlə qürur duyuram. Onlar bu toprağın suyudur..Torpaq susuz heç nəyə yaramır.Onlar öz qanları ilə bu vətən torpaqlarını suvardılar.