• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 09.08.2021 20:30

“Dəniz Kuboku”nda iştirak edəcək komandamızın hazırlığı yoxlanılıb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak  edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub. Müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsi yoxlanılıb. Avqustun 22-dən İranda keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır. Nazir hər zaman müsabiqədə yüksək nəticələr əldə edən hərbi dənizçilərimizə uğurlar arzulayıb və ölkəmizi layiqincə təmsil etmələri üçün onlara müvafiq tapşırıqlar verib. Sonra əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi təqdim olunub. Bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.