• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 07.08.2021 16:35

Yeni idman zalı fəaliyyətə başlayıb

KepezTV Player

Gəncədə yeni idman zalı istifadəyə verilib. Şəhərin mərkəzinə yaxın, Həsən Əliyev küçəsində açılan zal 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin nəzdində fəaliyyət göstərəcək. Burada MMA, yəni qarışıq döyüş növləri, eyni zamanda karate üzrə məşqlər keçiriləcək. Bu növlərin inkişaf etdirilməsi üçün fəaliyyətə başlayan idman qurğusundan peşəkarlarla yanaşı, həvəskar idmançılar da yararlana biləcəklər. Lazımi invertarlarla təchiz olunan və bütün yaş qrupları üçün nəzərdə tutulan zalda müxtəlif saatlarda, ayrı-ayrı məşq qrupları yaradılıb ki, burada 15-20 nəfər arası idmançı eyni anda hazırlıq keçə biləcək. Bu həm pandemiya ilə əlaqədar, həm də idmançıların rahat məşq etməsinə görə müəyyənləşdirilib.