• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1664
— 07.08.2021 20:27

Gənclər Nizami yurdunu vəsf ediblər

KepezTV Player

“Azərbaycan gəncliyi  2017-2021 ci illərdə Dövlət proqramı”nın tədbirlər planının icrasına uyğun olaraq Gəncədə yeniyetmə və gənclər arasında fotomüsabiqə təşkil olunub. “Nizami yurdu Gəncə gənc fotoqrafların gözü ilə” müsabiqəsi Nizami ili çərçivəsində şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən təşkil olunub. Fotomüsabiqənin əsas məqsədi gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsi, həmçinin gənclərin yaradıcılıq potensialının inkişafı, asudə vaxtlarının səmərəli təşkili olub. 30-a yaxın gəncin iştirak etdiyi müsabiqədə qaliblərə sertfikart və hədiyyələr təqdim olunub.

Rəşad Əlizadə Gənclər və İdman Baş İdarəsinin sektor müdiri: Müsabiqənin əssa şərtlərindən biri odur ki, burda həm peşəkarlar həm də həvəskarlar iştirak edə bilərlər. Əsas məqam ondan ibarət idi ki, burda şəkillərin çəkilməsi ancaq mobil telefonlarla həyata keçirilirdi. Və təxminən 20 gün ərzində elan verildikdən sonra qeydiyyatdan keçən gənclərə mövzular təqdim olundu və bu mövzular əsasında gənclər fotoşəkillərini çəkib bizə təqdim etdilər. Gənclər siyasətinə uyğun olaraq biz 14-29 yaşlı gənclər arasında bu müsabiqəni etmişdik. Lakin bizdə istesna hal olaraq 12 yaşı var idi və biz onu müsbiqədən kənar qoymadıq. Oda bizim müsabiqədə iştirak etdi. Mütəmadi və davamlı bu tədbirləri həyata keçiririk. İstər rəsm müsabiqələri istər intelektual yarışlar. Bu səfər biraz dəyişiklik edib fotomüsabiqə elan etmək istədik. Gələcəkdə də bu kimi tədbirlərin davamı nəzərdə tutulmuşdur.

Fidan Məmmədova müsabiqənin qalibi: Təxminən 100 ə yaxın Gəncənin şəkli var idi qaleriyamda. Ancaq bunu seçdim. Səbəbi çoxdur. Birincisi qədimiliyi ön plana çəkmək istədim burda da göründüyü kimi kərpiclər var, karvansaradı bu memarlıq abidəsi. Və burda Gəncənin qədimiliyi ön plandadı, çinar ağacı var Gəncənin simvolu. Onu çəkərkən istədim ki, tam mərkəzdə olsun. Bundan əlavə diqqət elədiyim şeylər simmetriyadır. Və bu lampanın da işıqlandırılması ilə bu şəkil meydana çıxdı. Və qalib oldum.