• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 07.08.2021 20:21

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlanıb

KepezTV Player

10 avqust tarixindən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr saat 18:00-da başa çatacaq.