• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 07.08.2021 18:41

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

KepezTV Player

Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib. Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Tədbirdə hərbi andın mahiyyətindən danışılıb, şəxsi heyətə xidmətlərində uğurlar arzulanıb. Andiçmə mərasimi təntənəli keçidlə başa çatıb.