• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 07.08.2021 19:58

Hərbi qulluqçular üçün çörək zavodu fəaliyyət göstərir

KepezTV Player

Müdafiə Nazirliyinin rəhbər heyəti Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə də baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib. Sonra Müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.

Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir. Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam  avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.