• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 06.08.2021 20:39

44 yaşlı hava limanı

KepezTV Player

Naftalan şəhərinin şöhrəti dünya səviyyəsində tanınsa da, turizm potensialını təkmilləşdirmək üçün tələb olunan infrastrukturlardan biri də hava limanıdır. Ötən əsrin sonlarında fəaliyyətini dayandıran şəhər aeroportu da belələrindəndir.

1977-ci ildə istifadəyə verilən Naftalan hava limanının, uçuş enmə zolağı 1370 metr, eni 35 metr, ərazisi 48 hektardır. Gün ərzində 80-100 sərnişinə xidmət göstərmək imkanına mailk olan aeroport YAK-40 tipli təyyarələri qəbul etmək iqtidarında olub.

Xəqani İbrahimov Naftalan Hava Limanının rəisi: Ötən əsrin 80-ci illərində, Krasnodar-Donetsk-Naftalan reysi ilə həftə ərzində 4 dəfə uçuşlar təşkil olunurdu. Hava limanının sonuncu uçuşu 1997-ci il sentyabrın 26-da, sonuncu təyyarənin yola salınması ilə olmuşdur. Həmin vaxtdan bəri də hava limanı fəaliyyət göstərmir. Hava limanının uçuş enmə zolağı tamamilə yararsız vəziyyətdədir. Qarşısında dayandığımız aerovağzal binası da yararsız durumdadır.

Şəhərin müxtəlif nöqtələrində 5 kassası olan aeroportda, 30-dan artıq personal xidmət göstərirmiş. Müsahibim deyir ki, mənfur düşmənlərimizin tərəfindən mövcud olan təhlükə də hava limanının fəaliyyətini dayandırmasında əsas rol oynayıb.

Xəqani İbrahimov  Naftalan Hava Limanının rəisi: Naftalan şəhəri əvvəlki dövrlərdə, cəbhə bölgəsinə yaxın olduğu üçün şəhər atəş altında olurdu bəzən.1996-cı il aprel ayının 24-də YAK-40 təyyarəsi aeroportun uçuş enmə zolağına eniş edərkən, erməni qəsbkarları tərəfindən qanad hissəsindən güllələnmişdi. Həmin vaxt xoşbəxtlikdən sərnişinlərimizin heç biri xəsarət almamışdı.Təyyarə bərpa edilərək uçuşlar bərpa edilmişdi.

Hal-hazırki durumu ürəkaçan olmayan aeroport şəhərin turizm potensialına öz müsbət təsirini göstərə bilər. Təbii ki, bərpa edilərsə. Bu isə sadəcə zaman məsələsidir.

Valeh Anaroğlu