• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 06.08.2021 20:37

Antalyada meşə yanğınları nəzarət altına alınıb

KepezTV Player

Türkiyənin Antalya vilayətində 10 gün davam edən meşə yanğınları nəzarət altına alınıb.Bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli deyib. Onun sözlərinə görə, bölgədə 10 gün ərzində 21 yanğın ocağı ilə mübarizə aparılıb. Xatırladaq ki, Antalyanın Manavqat rayonunda 7 nəfər həyatını itirib. Hazırda Türkiyənin dörd vilayətində meşə yanğınları davam edir.

Bu arada meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu bu gün Türkiyəyə çatıb. Yanğın-xilasetmə qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.FHN-in qüvvələrindən ibarət növbəti – dördüncü qrup isə bu gün axşam saatlarında qardaş Respublikaya yola düşəcək. Yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.