• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 06.08.2021 20:34

Yeni təlim poliqonu tikilir

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib. Təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək. Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanan nazir müvafiq tapşırıqlar verib.

Müdafiə naziri döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb

Müdafiə naziri Zakir Həsənov Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə də görüşüb. Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib. Nazirə məruzə olunub ki, postda döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi şərait yaradılıb. Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib. Nazir döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.